Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq
05.12.11 20:21

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. O qeyd edib ki, qiymətləndirmə “Dövlət qulluğu haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub. “Hazırda bunun tətbiqi üçün komissiya tərəfindən Dövlət Sosial Müdafiə Fondu və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot layihələr həyata keçirilir. Bu, Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilir və yüksək nəticə əldə olunmasını gözləyirik” - deyə B.Xəlilov vurğulayıb. O bildirib ki, burada məqsəd rəhbər dövlət qulluğu işçilərini fəaliyyətin qiymətləndirilməsi mexanizmləri ilə tanış etməkdir. “Layihə başa çatandan sonra əldə edilən nəticələr əsasında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi haqqında qaydalar təsdiq ediləcək” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5384.html