Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurası Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul edəcək
05.12.11 20:21

ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat qəbul ediləcək. «KƏLAMİNFO» xəbər verir ki, «Novosti Armeniya»ya diplomatik mənbələrdən verilən məlumata görə, ayrıca Ermənistanla Azərbaycan arasında hər hansı bir sənəd imzalanmayacaq. Az əvvəl «NEWS.am» məlumat vermişdi ki, Ermənistan XİN iclas çərçivəsində iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin, eləcə də Minsk qrupu həmsədrlərinin görüşünün keçiriləcəyini nə təkzib, nə də təsdiq etmişdi. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, belə görüşlər barədə lazım gələrsə məlumat verilir: «İndi yalnız onu deyə bilərəm ki, Nalbandyan Vilnüsdə keçiriləcək toplantıda iştirak edəcək».
URL / WWW
http://kelam.az/article/a-5383.html