Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Roland Kobia: “Azərbaycan addım-addım Avropaya irəliləyir”
05.12.11 20:21

“Bu gün hər bir dövlət üçün demokratiya və insan haqlarının qorunması prioritet olmalıdır və biz Azərbaycanın bu istiqamətdə çalışmasının şahidiyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Dövlət İdarəçilik Akademiyasında “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Bakı ofisinin rəhbəri Roland Kobia bildirib. O qeyd edib ki, hər bir dövlətdə korrupsiya ilə mübarizə və şəffaflığın qorunması vacib əhəmiyyət daşımalıdır. “Azərbaycan da Avropanın bir hissəsi olduğu üçün bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu, ilk baxışdan çox çətin görünsə də, nəzərə alaq ki, artıq Azərbaycan addım-addım Avropaya irəliləyir” - deyə R.Kobia vurğualyıb. Onun sözlərinə görə, Azərbaycanın Avropada tanınmasında gələn ilin mayında keçiriləcək “Eurovision” müsabiqəsi, həmçinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi öz töhfəsini verəcək.
URL / WWW
http://kelam.az/article/a-5382.html