Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali təhsil məktəbləri üçün müasir kampuslar tikiləcək
06.12.11 02:21

Gələn ilin əvvəlindən Azərbaycanda ali təhsil məktəbləri üçün müasir kampusların tikilməsi nəzərdə tutulub. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Diplomatik Akademiyası, Mülki Aviasiya Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialında ən müasir kampuslar tikilməkdədir. “Biz gələcəkdə digər ali məktəblər üçün də kampusların tikilməsini planlaşdırırıq” - deyə nazir vurğulayıb. M.Mərdanov saxta diplomlarla bağlı işlərin davam etdirildiyini də bildirib. “Qəti olaraq o fikirdəyik ki, saxta diplomlarla işləmək olmaz. Saxtalığı bəlli olan diplom sahibləri harada işləmələrindən asılı olmayaraq, işdən uzaqlaşdırılacaqlar. Saxta diplomlarla bağlı günahı olan bütün şəxslər isə öz cəzalarına çatacaqlar” - deyə nazir əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5380.html