Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gənc ailələrin sosial müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq
06.12.11 01:21

Azərbaycanda “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, qanun layihəsində faizsiz ipoteka kreditlərinin və gənc ailələr üçün 30 illik kreditlərin verilməsi nəzərdə tutulur. “Hazırda ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı təkliflər səslənir. Artıq neçə ildir ki, ipoteka krediti verilir və verilən ipotekaların faizləri geri qayıtmağa başlayıb. Bu il həmin qayıdan pulların yenidən ipoteka kimi ödənilməsi bu məbləğin artırılmasına xidmət edəcək. Gələcəkdə ipotekanın formasını dəyişməyi düşünürük. Bunlar hamısı maliyyə tutumlu ideyalardır. Əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının günü-gündən artırılmasıdır” - deyə H.Rəcəbli vurğulayıb. Komitə sədri deyib ki, Azərbaycanda əhalinin real gəlirlərinin artırılması, ailədə çalışanların ən azı iki nəfərə çatdırılması, kasıblıq həddinin və işsizliyin sıfıra endirilməsi məqsəd kimi qarşıya qoyulub.
URL / WWW
http://kelam.az/article/a-5379.html