Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək
06.12.11 01:21

Məhərrəm ayı - Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub. Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır: Təzəpir məscidi Hacı Soltanəli məscidi Bibiheybət məscidi İçərişəhər "Cümə" məscidi Qaraçuxur məscidi Mir Mövsüm Ağa məscidi Keşlə qəsəbə məscidi Sumqayıt "Cümə" məscidi Gəncə - "İmamzadə" məscidi Mingəçevir - "Heydər" məscidi Şəki şəhər məscidi Lənkəran şəhər "Böyük bazar" məscidi Bərdə - "Cümə" məscidi QMİ Məhərrəm ayı münasibəti ilə dərin hüznlə başsağlığı verir, onlara Allah -Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimlərini məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilmək tövsiyə edilir.
URL / WWW
http://kelam.az/article/a-5378.html