Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğanın istirahət müddəti daha bir neçə gün uzadılıb
06.12.11 01:21

Noyabrın 26-da həzm sistemi əməliyyatı keçirən və noyabrın 29-da xəstəxanadan çıxan baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evində dincəlir. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, baş nazir Ərdoğan cümə günü Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, şənbə günü isə ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşüb. İnfeksiya riski səbəbilə baş nazirin yanına ailə üzvləri xaricində ziyarətçi qəbul edilmir. Həkimlərin məsləhəti ilə Ərdoğanın istirahət müddəti daha bir neçə gün uzadılıb. Bu səbəbdən Nazirlər Kabinetinin bugünkü toplantısı təxirə salınıb. Ərdoğanın 10-12 dekabr tarixləri arasında keçiriləcək Mədəniyyətlər İttifaqı sammitində iştirak üçün dekabrın 10-da Qətərin paytaxtı Dohaya getməsi gözlənilir. Baş nazir bu tarixə qədər İstanbulda qalacaq.
URL / WWW
http://kelam.az/article/a-5375.html