Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir
05.12.11 20:21

Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç festivalının dünən təntənəli açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər”. Festivalın bədii rəhbəri və Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç isə Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsinin atasının arzusu olduğunu və onun 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoyduğunu vurğulayıb. Qeyd edək ki, Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətdə təqdimatıdır. Xatırladaq ki, Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirilməsi ilə başlayan festivalın dekabrın 10-da Azərbaycan Dövlət Filarmoniyasında Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı musiqi kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin konserti ilə yekunlaşacağı bildirilib.
URL / WWW
http://kelam.az/article/a-5374.html