Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”-nin Milli seçim turunun 2-ci həftəsi başlayır
06.12.11 02:20

Bu gün “Eurovision–2012” Milli seçim turlarının 2-ci həftəsinə start verilir. İctimai Televiziyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryam Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olacaq. Bildirilib ki, ikinci həftənin iştirakçıları bu gün dünya estradasından mahnılarla səhnədə olacaq. Qeyd edək ki, Milli seçim turunun qaydalarına görə, iştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcəklər. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olaraq yarımfinala vəsiqə qazanacaq. Xatırladaq ki, Milli seçim turu bu gün saat 22:00-da İctimai Televiziya ilə canlı olaraq yayımlanacaq.
URL / WWW
http://kelam.az/article/a-5373.html