Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Teatrın heyətində əsaslı dəyişikliklər etmək çox vacibdir”
05.12.11 23:18

“Teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün müsabiqənin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri, Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edilməsi haqqında açıqlama verərkən bildirib. Onun sözlərinə görə, hal-hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyac var: “Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq”. Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu da bildirib. “Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək”,-deyən Ə.Lalayev artıq teatrın 102-ci mövsümünü yaşadığını və rəhbərliyin bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edəcəyini söyləyib. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın “KƏLAMİNFO”a verdiyi məlumata görə isə müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Xatırladaq ki, sənədlər Musiqili Komediya Teatrında qəbul edilir.
URL / WWW
http://kelam.az/article/a-5372.html