Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Azərbaycandan Əfqanıstana 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi göndəriləcək
02.12.11 19:52

Bu ilin dekabr ayının 25-nə qədər Azərbaycanın yardımları çərçivəsində 15 min ədəd mina təhlükəsinə dair maarifləndirmə dərsliyi Dari dilində nəşr olunaraq Əfqanıstana göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) meneceri Musa Cəlalov bildirib. O qeyd edib ki, gələn il ANAMA nümayəndələri Əfqanıstana gedərək həmin dərsliklərin təqdimatını keçirəcək və həmin fənni tədris edən əfqan müəllimləri üçün kurslar təşkil edəcək. “Eyni zamanda, bu il ANAMA tərəfindən 10500 dərslik nəşr olunaraq Əfqanıstana göndərilib”-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5368.html