Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həyata keçiriləcək
03.12.11 02:52

Azərbaycanın Gürcüstanla sərhədində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən müsbət qarşılanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin meneceri Musa Cəlalov bildirib. Onun sözlərinə görə, tezliklə layihənin icrasına başlanacaq. “Yaxın 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur” - deyə M.Cəlilov vurğulayıb. ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də məlumat verib. O bildirib ki, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir. “Bunlar vaxtilə həmin ərazini tərk edən sovet ordusu tərəfindən buraxılan silahlardır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5367.html