Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib
02.12.11 19:52

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda mina və kasetli silahların yaratdığı problemlərə həsr olunmuş Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Azərbaycan minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır və bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. O, Azərbaycan və Ermənistanın həm piyadalar əleyhinə, həm də kasetli silahlar əleyhinə Konvensiyaya eyni vaxtda qoşulmasını təklif etdiklərini vurğulayıb. “Belə presedent Türkiyə və Yunanıstan arasında mövcuddur”,-deyə o, əlavə edib. H.Səfixanov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən aparılan tədqiqatların nəticələrinə görə Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Toplantıda Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq bildirib ki, həm piyadalar, həm də kasetli silahlar əleyhinə Konvensiya dünyada tərksilah üçün atılmış mühüm addımdır. Səfir Azərbaycanın da minaların təmizlənməsi sahəsində xeyli iş gördüyünü deyib. “Müsbət haldır ki, Azərbaycan piyadalar əleyhinə minaların qadağan olunması Konvensiyasından irəli gələn işləri yerinə yetirir. Azərbaycan könüllü olaraq beynəlxalq təşkilatlara hesabatlarını təqdim edir”,-deyə o, əlavə edib. ANAMA-nın meneceri Musa Cəlalov isə xatırladıb ki, ANAMA tərəfindən bu günədək reallaşdırılmış ən böyük layihə “Partlamamış sursatların ləğvi üzrə Saloğlu layihəsi”dir. “ANAMA tərəfindən indiyədək 175 milyon kvadratmetrdən artıq sahə təmizlənib. Əməliyyatlar nəticəsində 667957 ədəd mina və partlamamış sursat edilib”,-deyə M.Cəlalov vurğulayıb. Tədbirdə minaların partladılması ilə bağlı video çarx da nümayiş olunub.
URL / WWW
http://kelam.az/article/a-5365.html