Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Berlindəki Azərbaycan Evinin 5 yaşı tamam olub
02.12.11 02:51

Berlindəki Azərbaycan Evinin 5-ci ildönümü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yubiley gecəsində yazıçı Əmir Pəhləvan Azərbaycan Evinin fəaliyyəti haqqında qonaqlara məlumat verib və təşkilatın bu illər ərzində bir sıra mədəniyyət və idman sahəsində bir sıra tədbirlər təşkil etdiyini və Azərbaycandan gələn incəsənət xadimlərinin hamiliyi ilə məşğul olduğunu bildirib. Bildirilir ki, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışı zamanı Azərbaycan Evinin fəaliyyətini qiymətləndirərək, evin yaranması ideyasının tarixinə dair məlumat verib. Qeyd edək ki, gecədə iştirak edən AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev Azərbaycan Evinin gənclərlə idman sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. Xatırladaq ki, Berlin-Baki Qalereyasının rəhbəri İbrahim Əhrarinin də iştirak etdiyi Azərbaycan Evinin yubiley-ziyafət tədbirində Azərbaycan Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin üzvü, müstəqil siyasi analitik Rasim Musabəyov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Xəlilova, Azərbaycan səfirliyinin digər əməkdaşları, çoxlu sayda alman və azərbaycanlı qonaqlar iştirak ediblər. Gecənin musiqi hissəsində Moldovadan gəlmiş sənətkar Konstantin Moskoviç ney alətində Azərbaycan xalq musiqisindən parçalar və Azərbaycandan gəlmiş sənətkarlar Azərbaycan və Avropa musiqisini ifa ediblər.
URL / WWW
http://kelam.az/article/a-5363.html