Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qırğızıstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
01.12.11 19:51

Bu gün Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. Allah və xalq qarşısında and içən prezident çıxışında xalqın birliyini qoruyub saxlayacağına, təhlükəsizliyi təmin edəcəyinə and içib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, çıxışında ölkənin cənub bölgəsində keçən il baş verən özbək-qırğız qarşıdurmasını qınayaraq, bu cür halların bir daha təkrar olunmasına yol verməyəcəyini bildirib. Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı, əmin-amanlığı və rifahı uğrunda mübarizəyə çağırıb. Mərasimdə Türkiyə və Gürcüstan prezidentləri, Qazaxıstan, Özbəkistan, Azərbaycanın və digər ölkələrin baş nazirləri iştirak edib. Mərasimdən sonra hərbi parad keçirilib.
URL / WWW
http://kelam.az/article/a-5360.html