Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda bu il 467 nəfər QİÇS-dən dünyasını dəyişib
01.12.11 19:51

“2011-ci ilin 11 ayı ərzində Azərbaycanda 467 nəfər yeni İİV-ə yoluxma qeydə alınıb. Onlardan 465-i (97.7%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2.3%) əcnəbi vətəndaşlardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu rəqəmləri Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin “1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü” ilə bağlı keçirdiyi mətbuat konfransında mərkəzin direktoru Həqiqət Qədirova açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən cari ilin sonuncu ayına qədər bu infeksiyanın təsdiq olunduğu 3199 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3086 nəfərinin (96.6%) Azərbaycan vətəndaşı, 113 nəfərinin isə (3.5%) isə əcnəbi olduğunu deyən H.Qədirova İİV-ə yoluxmuş vətəndaşlardan 2525-nin (81.8%) kişi, 561-nin (18.2%) qadın olduğunu bildirib. Bildirilib ki, QİÇS mərhələsində olan insanların sayı 861-i ölkə vətəndaşı olmaqla 875 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı isə 424 nəfər təşkil edib. Mərkəz rəhbəri bu xəstəliyə düçar olanların yoluxma müxtəlifliyini də açıqlayıb: “3086 nəfər Azərbaycan vətəndaşından 1940 nəfərində (62.9%) İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 793 nəfəri (25.7%) heteroseksual, 40 nəfəri (1.3%) anadan uşağa keçməklə, 29 nəfəri (0.9%) homoseksual kontakt nəticəsində, 1 nəfər (0.3%) isə donor qan köçürülməsi nəticəsində baş verib. 283 nəfərdə (9.2%) isə yoluxma yolu naməlumdur”.
URL / WWW
http://kelam.az/article/a-5357.html