Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı çoxdur”
01.12.11 19:51

“Vladimir Putin Rusiyada növbəti hakimiyyəti dövründə piar kimi Qafqazdakı vəziyyətdən bacardıqca istifadə etməyə çalışır. Amma ortada olan fakt odur ki, o, uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, hələ də Qafqazda Rusiyanın səbəbkarlığı ilə başlayan münaqişələri hələ də bitirə bilməyib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, bu münaqişələrin, xüsusilə də Qarabağ kimi müharibə qığılcımı həll olunmadıqca, Rusiyanın özü üçün də regionda ciddi problemlər yaşanacaq. “Qarabağda son günlər intensivləşən atışmalar, Dağıstanda və Çeçenistanda terrorun qızışması göstərir ki, Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı getdikcə çoxdur. “Çünki Qafqaz xalqları öz müstəqilliyinə və dininə can atır. Bütün bunlar yeni problemlərə gətirib çıxaracaq. Rusiya narahatdır ki, Qafqazda şərab dükanlarını partladırlar, federal qüvvələrə hücumlar artıb. Qarabağda Azərbaycan daha əvvəlki kimi deyil, istənilən insidentə operativ cavab verə bilir və sair. Bütün bunlar Moskva üçün yaxşı heç nə vəd eləmir”,-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyib ki, Rusiya çox qısa müddətdə bütün bunlardan nəticə çıxarmasa birdəfəlik Qafqaza əlvida demiş olacaq.
URL / WWW
http://kelam.az/article/a-5356.html