Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Bu abidələrin bəziləri ilə bağlı digər dinlərin nümayəndələri tərəfindən özününküləşdirməyə cəhdlər olub
01.12.11 19:51

Azərbaycan və Gürcüstan arasında, sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu müvafiq qurumların xətti ilə dəqiqləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, sərhəddə yerləşən və tərəflər arasında mübahisəli hesab olunan "David Qareci" məbədi ilə bağlı məsələ üzərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası işləyir. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti öz milli mədəniyyətinə, ənənələrinə, tarixinə sahib olduğu kimi, Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid olan tarixi abidələrə sahiblik istiqamətində də fəaliyyət göstərir. "Sovetlər dövründə albanşünaslığın zəif olmasından, Azərbaycan hökumətinin alban abidələrini zəif mühafizə etməsindən bəhrələnərək bu alban abidələrinə sahib olmağa çalışıblar. Bu abidələrin bəziləri ilə bağlı provaslav və digər təriqətlərin, dinlərin nümayəndələri tərəfindən özünküləşdirilməyə cəhdlər olub. Müəyyən anlamda bəzi yerlərdə buna nail olublar",- Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5355.html