Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəsmisi: Ermənistan danışıqlardan məsələnin uzadılması məqsədilə istifadə edirlər
01.12.11 19:51

Münasibətlərin tənzimlənməsindəki əsas istiqamətlərdən biri icmalararası danışıqların olmasıdır. Rəsmi Bakı bu məsələyə önəm verir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakının Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməməsinə münasibət bildirərkən deyib. "Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda iştirak etməyə həmişə hazır olub. Amma ermənilərin danışıqlara hansı səbəblərdən gəlmədiyini araşdırmaq lazımdır. Bu da o deməkdir ki, ermənilər işğal siyasətlərinə son qoymaq istəmirlər. Danışıqlardan da məsələnin uzadılması məqsədilə istifadə edirlər. Azərbaycan dəfələrlə bəyan edib ki, bu siyasətin sonu yoxdur. Bu, sonda müəyyən mənada hərbi qarşıdurmaya gətirib çıxara bilər" – deyə PA rəsmisi əlavə edib. Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğal edib, müəyyən məqsədlərinə nail olandan sonra Ermənistanın həm rəsmi, həm də qeyri-rəsmi strukturları danışıqlardan qaçmağa, bununla mövcud reallığı uzatmağa çalışırlar.
URL / WWW
http://kelam.az/article/a-5354.html