Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Ermənilərin tarixi saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir
01.12.11 19:51

“Ermənilər tərəfindən qədim tarixin, eyni zamanda müasir tarixin saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir. Ermənistan tarixçilərinin özlərindən miflər uyduraraq, sonra bu miflər üzərində öz tarixlərini qurmaları bir yana, onlar bütün dünyada elmi aldatmaqla məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində rolu” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib. Ə.Həsənov bildirib ki, ermənilər dünyanın ayrı-ayrı siyasi ensiklopediyalarına saxta məlumatlar yerləşdirməklə, Cənubi Qafqazın tarixini saxtalaşdırırlar: “Cənubi Qafqazın etnik strukturunu, xalqların qədimdən bu günə kimi mədəniyyətini, məişətini, yaxşı nə varsa, ermənilərin adına yazıb, onları erməniləşdirməyə çalışır, digər xalqları köçəri, mədəniyyətdən uzaq kimi qələmə verirlər. Biz Cənubi Qafqazda bundan sonrakı inkişaf haqda düşünməliyik. Cənubi Qafqazda heç bir xalq buranı tərk etməyəcək, kimsə buranı kiməsə qoyub getməyəcək. Biz gələcəyə baxıb, tariximizi qurmalıyıq. Kim burada necə yaşayıb, buraya necə gəlib, necə gedib, bunu bilməliyik. Lakin gələcək tarixi keçmişin üzərində qurmaq olmaz” - deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5353.html