Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanda əhalinin 35,8 faizindən çoxu yoxsulluqdan aşağı səviyyədə yaşayır
02.12.11 02:49

Ermənistanın Milli Statistika Xidmətinin «Ermənistanın sosial mənzərəsi və yoxsulluq» məruzəsi bu ölkədə əhalinin 35,8 faizindən çoxunun yoxsulluqdan aşağı səviyyədə yaşadığını üzə çıxarıb. Məruzə 2010-cu ildə ailə təsərrüfatlarının yaşayış səviyyəsinin iqtisadi-statistik analizinin nəticələrinə əsasən hazırlanıb. Yoxsulluq səviyyəsindən aşağı yaşayan vətəndaşların 21,3 faizi çox yoxsul, 3 faizi son dərəcə yoxsullar kateqoriyasına aid edilir. Son iki il ərzində yoxsullar siyahısına daha 270 min adam əlavə olunub. Onların təxminən 2500-i son dərəcə yoxsullardır. Məruzə Dünya Bankı, «Minilliyin çağırışları» fondunun ayırdığı 300 min dollar maliyyə yardımı ilə hazırlanıb. Tədqiqatlar Ermənistanın 46 şəhər və 307 kəndində aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5350.html