Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirildi
30.12.09 06:00

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirildi. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında kimya fənnindən tətbiq ediləcək test modelinin müzakirəsinin davamı olub. Müzakirəyə təqdim olunan test tapşırıqlarının hər biri ixtisas qrupunun peşə xüsusiyyətləri nəzərə alınmaqla, məzmuna, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə elmi-metodiki baxımdan təhlil edilib. Müzakirələr nəticəsində test tapşırıqları ilə bağlı iradlar və təkliflər bildirilib. Müəyyən düzəlişlər edilməklə, qəbul olunmuş test tapşırıqları daha çox məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş, əsasən sxem, qrafik və cədvəl tiplidir. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-535.html