Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnsan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
02.12.11 02:48

Cari ilin ötən dövrü ərzində keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda keçirilən insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına aid dördüncü regional müşavirədə çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib. C.Şıxəliyev bildirib ki, ötən dövrdə insan alveri qurbanı olan 27 nəfər müəyyən olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarış elan edilmiş şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib, 1 insan alverçisinin Pakistanda vəfat etdiyi müəyyən olunub və hazırda 17 nəfərin axtarışı davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-5349.html