Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Dünya enerji sisteminə baxış 2011”adlı xüsusi hesabatın təqdimatı keçiriləcək
02.12.11 03:48

Dekabrın 2-də Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agentliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq. R.Cons Beynəlxalq Enerji Agentliyinin hazırladığı və noyabrın 9-da işıq üzü görən “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatı haqqında məlumat verəcək, qlobal enerji bazarlarının durumunu, bu sahədə yürüdülən siyasəti, enerjiyə olan gələcək tələb və təklif mexanizmlərini müzakirə mövzusuna çevirəcək. Dünya enerji sisteminin qarşılaşdığı problemlər, sərmayələrin neft-qaz sektoruna cəlb olunmasında yaranan maneələr, nüvə enerjisinin istifadəsinin sürətlə azalması prosesi, dünyanın kömür hasilatına tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bərpa olunan enerji hasilatına dəstək və s. önəmli məsələlər hesabatın əsas mövzusudur. Bundan əlavə, hesabatda Rusiyanın enerji siyasəti, xüsusilə onun Xəzər dənizi hövzəsi daxil olmaqla dünya bazarlarındakı mövqeyi geniş təhlil olunub.
URL / WWW
http://kelam.az/article/a-5348.html