Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Moldova GUAM-da sədrliyi Azərbaycana ötürür
01.12.11 19:48

Moldova dekabrın 6-7-də Demokratiya və İqtisadi Təşkilat - GUAM-da sədrliyi Azərbaycana ötürəcək. Bu barədə təşkilatın Koordinasiya Şurasının Kişinyovda keçirilən toplantısında qərara alınıb. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, iclas çərçivəsində iştirakçılar - Moldovanın xarici işlər nazirinin müavini Andrey Popov, Ukrayna XİN rəhbərinin müavini Pavel Klimkin, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və GUAM-ın baş katibi Valeri Çeçalaşvili iştirak edib. Onlar GUAM ölkələri arasında siyasi və iqtisadi sahələrdə olan məsələləri müzakirə ediblər. Moldova tərəfi GUAM üzvlərinin xarici tərəfdaşları ilə energetika, nəqliyyat infrastrukturu sahəsində münasibətlərin inkişaf etdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların xəbərdar edilməsi, turizmin inkişaf etdirilməsi, informasiya və nanotexnologiyaların inkişafını müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-5347.html