Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənilərin 40 faizi ölkədən gedir
30.11.11 21:25

Erməni Sosioloji Assosiasiyasının xəbərinə görə, ölkədə miqrasiyanın göstəricisi 40 faiz təşkil edir. Assosiasiyanın sədri Qevorq Poqosyan bildirib ki, bu gün Ermənistanın qarşısında duran əsas məsələ demoqrafiya məsələsidir: «Bu, adi miqrasiya deyil, bu, erməni əhalisinin gedişidir». «KƏLAMİNFO» «LRAGİR» portalına istinadən xəbər verir ki, Poqosyan bildirib ki, miqrantlar hər bir ölkədə var və bu normaldır: «Lakin əhalinin 30 faizi gedirsə, bu, nəticə deməkdir». Onun sözlərinə görə, doğumun səviyyəsi 2 dəfə aşağı düşüb və ailələrin də sayı azalıb. «Əgər biz yol tikintisi, orduya investisiya üçün pul tapa biliriksə, doğumun səviyyəsinin artmasına da pul tapa bilərik» - deyə o, əlavə edib. Miqrasiyanı doğuran problem kimi təhsil almaq, işsizlik və iqtisadiyyatın ağır vəziyyəti də göstərilir.
URL / WWW
http://kelam.az/article/a-5340.html