Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hollandiyalı deputat Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib
30.11.11 21:25

Brüsseldə keçirilən Türkiyə-Avropa Birliyi Birgə Komissiyasının toplantısı hollandiyalı irqçi deputatın provokasiyasına səhnə olub. Viza şərtlərinin yüngülləşdirilməsi və pozitiv gündəmlə bağlı müzakirələrin aparıldığı toplantıda holland deputat Madlener Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib. «KƏLAMİNFO» «Hürriyət»ə istinadən xəbər verir ki, Madlener «Türkiyə Avropa Birliyinə aid deyil, çünki geri qalmış islami ideologiyası var» deyib və islamla demokratiyanın bir araya gələ bilməyəcəyini iddia edib. Əvvəlki illərdə də toplantılarda provokasiyalara əl atan Madlener daha sonra Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağışa karikatura hədiyyə edəcəyini söyləyərək, kürsüyə tərəf getməyə çalışıb. «Hədiyyəyə ehtiyacımız yoxdur» deyən Egemen Bağış isə hollandiyalı deputata ağır cavab verib. Nazir eyni zamanda irqçilik xəstəliyinə yoluxanları Anadoluya dəvət edib: «Biz onları müalicə etməyə hazırıq».
URL / WWW
http://kelam.az/article/a-5339.html