Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vahid Qəhrəmanov: Miqrantlar Azərbaycanın milli təhlükəsizliyi üçün təhlükə törətmir
30.11.11 21:25

Azərbaycanda MDB ölkələrindən olan əcnəbi və vətəndaşlığı olmayanlar çoxluq təşkil edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisi Vahid Qəhrəmanov deyib. V.Qəhrəmanov vurğulayıb ki, ölkəmizdə Türkiyədən və Avropa İttifaqı ölkələrindən olan əcnəbi və vətəndaşlığı olmayanlar da kifayət qədərdir: “Bunların əksəriyyətini Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olanlar təşkil edir”. Onun sözlərinə görə, ölkəmizdə miqrasiya sisteminin nəzarətdə saxlamaq üçün Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb və bu sistem vasitəsi ilə miqrantlar üzərində tam nəzarət həyata keçirilir. V.Qəhrəmanov onu da xatırladıb ki, əvvəllər Azərbaycana Çindən gələn miqrantlar üstünlük təşkil edib, lakin DMX və Daxili İşlər Nazirliyi ilə birgə mövcud qanunvericilik çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində qanunsuz yaşayan bu say nəzərəçarpacaq dərəcədə azalıb. V.Qəhrəmanov əlavə edib ki, miqrasiya prosesləri qanunvericilik əsasında tənzimlənir və bu proses tam nəzarət altındadır. Onun sözlərinə görə, miqrantlar Azərbaycan hökuməti, onun milli təhlükəsizliyi üçün təhlükə törətmir: “Ölkədəki mövcud qanunvericilik imkan verir ki, bu məsələləri tam nəzarətdə saxlayaq”.
URL / WWW
http://kelam.az/article/a-5338.html