Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda işləyən əməkçi miqrantlarla bağlı kvota artacaq
30.11.11 21:25

Azərbaycanda işləyən əməkçi miqrantların sayı 9 minə yaxındır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavini Rauf Tağıyev deyib. R.Tağıyev bildirib ki, Azərbaycanda işləyən əməkçi miqrantların sayı ilə bağlı müvafiq qanunvericilik əsasında kvota müəyyənləşdirilib və bu rəqəm həmin kvotaya əsasən reallaşıb. Onun sözlərinə görə, növbəti ildə isə Azərbaycanda işləyən əməkçi miqrantlarla bağlı kvota artacaq: “Çünki növbəti il üçün Azərbaycanda böyük layihələr, o cümlədən stadion tikilir, “Avrovision-2012”nin keçirilməsi üçün kompleks və digər iri obyektlər inşa edilir. Ona görə də artım bu kimi tikinti sektorunun hesabına olacaq” deyən R.Tağıyev kvotanın nə qədər olacağı barədə məlumata malik olmadığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-5337.html