Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat Şurasının sədri jurnalistlərin nəqliyyat vasitələrində pulsuz istifadəsi təşəbbüsünü irəli sürür
30.11.11 21:25

“Artıq bir vaxtlar olduğu kimi bu gün də Azərbaycanda jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündəmə gətirmək lazımdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O, qeyd edib ki, bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi. “Sonralar o qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma ölkəmizdəki inkişafı nəzərə alaraq bu məsələni gündəmə gətirmək lazımdır”,-deyə Ə.Amaşov vurğulayıb. Şura sədri onu da deyib ki, bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, müəyyən razılıq əldə etməlidirlər. “Bu məsələ mütəmadi olaraq, Şuranın gündəmindədir. Bununla bağlı müvafiq qurumlara müraciətlər də etmişik”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5336.html