Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İlqar Məmmədov: “Azərbaycan “Avropa Sosial Xartiyası”nın tam tətbiqinə çalışır”
30.11.11 21:25

İndiyə qədər “Avropa Sosial Xartiyası”nın icrası ilə bağlı Azərbaycan 4 məruzə hazırlayıb təqdim edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Məmmədov deyib. Onun sözlərinə görə, xartiyanın icrası ilə bağlı Azərbaycanda ciddi irəliləyiş var. İ.Məmmədov bildirib ki, “Avropa Sosial Xartiyası”nın tətbiqi ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və dinləmələr keçirilir: “Azərbaycanda sosial-iqtisadi islahatlar elə sürətlə gedir ki, biz artıq xartiyanın yeni maddələrinə qoşulmağa hazırlaşırıq. Hazırda əlillərin ictimai inteqrasiyası və əməkçi miqrantların hüquqları ilə bağlı iki maddənin Azərbaycan tərəfindən ratifikasiya edilməsi müzakirə olunur”. Nazir müavini bildirib ki, Azərbaycan tədricən xartiyanın tam tətbiqinə nail olacaq.
URL / WWW
http://kelam.az/article/a-5335.html