Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: “Azərbaycan jurnalistikasında xidməti olan bütün insanlar siyahı əsasında ev alacaqlar”
30.11.11 21:25

“Azərbaycanda mətbuat sahəsində zəhməti olan bütün jurnalistlər ev ilə təmin olunacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri qeyd edib ki, bu işin icrası ilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu məşğul olur və oradan daxil olan məlumata görə bununla bağlı bütün sənədlər hazırdır. “Çox yaxın vaxtlarda jurnalistlər üçün binanın tikintisinə başlanılacaq”,-deyə Ə.Amaşov vurğulayıb. Onun sözlərinə görə, evlərin jurnalistlər arasında bölünməsi ilə bağlı hələ ki, siyahı hazır deyil. “Bölgü ilə bağlı hələ ki konkret kriteriyalar müəyyənləşməsə də onu deyə bilərəm ki, Azərbaycan jurnalistikasında xidməti olan bütün insanlar siyahı əsasında həmin binadan ev alacaqlar”,-deyə o, əlavə edib. Bir binada 100-ə yaxın evin olacağını deyən Ə.Amaşov bildirib ki, hazırlanacaq siyahı kifayət qədər şəffaf olacaq. “Mətbuatda xidməti olan jurnalistlərin hamısının adı bu siyahıya düşəcək”,-deyə o, vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5333.html