Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mətbuat Şurası jurnalistlər üçün yeni Tədris Proqramını təqdim etdi
30.11.11 21:25

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsi çərçivəsində “Ekoloji sabitlik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, təqdimat Mətbuat Şurası, UNESKO üzrə Azərbaycan Milli Komissiyası, UNSEKO-nun Moskva ofisi, UBESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və layihənin koordianatoru olan Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təşkil olunub.Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, proqramın hazırlanmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin jurnalistika fakültələrində və KİV-də çalışan jurnalistlər üçün gələn ilin əvvəlindən başlayaraq kursların keçirilməsindən ibarətdir. “Hazırda Tədris Proqramının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına çalışılır. Artıq bununla bağlı danışıqlar gedir. Yaxın vaxtlarda proqram Təhsil Nazirliyi tərəfindən təsdiq olunacaq və gələn ildən etibarən ali məktəblərdə tələbə jurnalistlərə proqram əsasında kurslar keçiriləcək” - deyə Ə.Amaşov vurğulayıb. Təqdimat mərasimində UNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, UNESKO-nun Moskva ofisinin nümayəndəsi Svetlana Knyazyeva, UBESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi rəhbəri Urxan Ələkbərov və media nümayəndələri də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-5332.html