Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar Rusiyada keçirləcək seçkiləri izləyəcəklər
30.11.11 21:25

Dekabrın 4-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin bir qrup deputatı Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının, deputatlar Sabir Hacıyev, Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcəklər. Millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, Elmira Axundova, Fuad Muradov isə MDB İcraiyyə Komitəsinin müşahidəçilər qrupunun tərkibində prosesə qatılacaqlar. Milli Məclisin üzvləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5330.html