Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmira Süleymanova: “Əfv fərmanının imzalanması barədə prezidentə müraciət etmişik”
30.11.11 21:25

“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və İnsan Hüquqları günü ərəfəsində əfv fərmanının imzalanması barədə ölkə prezidentinə müraciət etmişik. Bayramlar ərəfəsində çoxsaylı insanların ailələrinə qovuşması, azadlığa çıxması yaxşı olar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. E.Süleymanova qeyd edib ki, müvəkkil fəaliyyəti dövründə onun vəsatəti ilə 339 məhkum əfv edilib: “Bu, böyük bir rəqəmdir. Biz yenə də əfv barədə müraciət etmişik. Əfv fərmanının imzalanması isə ölkə prezidentinin səlahiyyəti çərçivəsindədir”.
URL / WWW
http://kelam.az/article/a-5325.html