Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Nizami” kinoteatrının təntənəli təqdimatı olacaq
30.11.11 02:37

Noyabrın 24-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “Nizami” kinoteatrı tamaşaçılarla ilk görüşə hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hazırda yeni müəssisənin nizamnaməsinin təkmilləşdirilməsi, mürəkkəb kino-texnoloji avadanlığı istismar edə biləcək mütəxəssislərlə ştat vahidlərinin komplektləşdirilməsi, eləcə də repertuarın formalaşdırılması üzrə işlər davam edir. Bildirilir ki, cari ilin dekabrın sonunda nazirlik tərəfindən bərpa edilmiş “Nizami” kinoteatrının təntənəli təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçı üçün maksimum komfort yaradılan mədəniyyət ocağına çevrilib. “Nizami” kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılıb. Xatırladaq ki, yaxın gələcəkdə yeni filmlərin premyeraları və möhtəşəm kino festivalının keçirilməsi nəzərdə tutulan “Nizami” kinoteatrı 1934-cü ildə görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilib. O dövrdə Bakının ən böyük mədəniyyət ocaqlarından biri olan kinoteatr “Bədaye kinoteatrı” adı ilə tanınırdı. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq bu mədəniyyət ocağına dahi şairin adı verilib.
URL / WWW
http://kelam.az/article/a-5321.html