Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Avropa liderləri Obamaya söz veriblər
30.11.11 02:37

Avropa liderləri ABŞ prezidenti Barak Obama ilə keçirilən görüşdə borc böhranını həll etmək üçün 17 ölkənin yaratdığı avrozonada daha güclü iqtisadi inteqrasiyaya nail olmağa söz veriblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo avro valyutasından istifadə edən ölkələrdə hökumət xərclərinə nəzarət edilməsinə çağırıb. Van Rompuy avrozona üçün yeni iqtisadi plana dair yol xəritəsinin dekabrın əvvəli Avropa İttifaqının zirvə görüşündə təqdim ediləcəyini bildirib. Ağ Evdə prezident Obama ilə Avropa-ABŞ zirvə görüşündən sonra Barrozo deyib ki, Avropa liderləri hazırkı çətinlikləri aradan qaldırmaq əzmindədir.
URL / WWW
http://kelam.az/article/a-5319.html