Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfər edəcək
29.11.11 19:37

ABŞ-ın vitse-prezidenti Cozef Bayden dekabrın 2-4-də Türkiyə və Yunanıstana səfər edəcək. Bu barədə məlumatı vitse-prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Toni Blinken verib. Bayden İstanbulda qlobal sahibkarlıq sammitində iştirak edəcək. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Blinken Baydenin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələri, eləcə də PKK-ya qarşı mübarizədə yardım, kəşfiyyat məlumatlarının mübadiləsi məsələlərini müzakirə edəcək. Vitse-prezidentin köməkçisi bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə terrorçuluqla mübarizə üçün üç «Kobra» helikopteri verəcək. Bundan başqa, Bayden Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.
URL / WWW
http://kelam.az/article/a-5318.html