Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » On min müəllim vəzifəsindən uzaqlaşdırılıb
29.11.11 19:34

Yaş senzi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin sayı 10 min nəfərədək azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov açıqlayıb. Nazir deyib ki, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim işləyir və bu rəqəm normadan artıqdır: “Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində 1 mln. 300 min şagird təhsil alır. Bu saya uyğun olaraq hələ müəllimlərin sayının azalması lazımdır. Əslində, biz 1 müəllimə 12-13 şagird nisbətinə keçmək istəyirik”. Nazir Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar”a da münasibət bildirib. M.Mərdanovun sözlərinə görə, yaş senzi ilə əlaqədar işdən azad edilən, Nazirlər Kabinetinin təsdiqlədiyi meyarlara cavab verən müəllimlərin işdən azad edilməsi təhsildə ciddi problem yaradacaqsa, onların yenidən işə bərpa edilməsi məsələsinə baxmaq gec deyil: “Amma həmin şəxsin yerinə işçi götürülübsə, onun məsələsinə baxmaq gecdir. Əlbəttə, gərək o məsələ əvvəlcədən həll olunaydı. Yəni əmr verilməmiş meyarlar müəyyənləşəydi. Artıq kadr işdən çıxarılıb, yerinə təyinat olubsa, gecdir”.
URL / WWW
http://kelam.az/article/a-5316.html