Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Musa Quliyev: Dövlətimiz üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir
29.11.11 19:34

“Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsi sosial yönümlüdür. Bu o deməkdir ki, dövlətimiz üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, hər il dövlət büdcəsində sosial xərclərin artırılması məhz bu diqqətin nümunəsidir. Komitə sədrinin müavini deyib ki, gələn ilin büdcəsində bütün sosial sferada xərclər artırılacaq. “Əmək haqlarının artımı üçün büdcədə 800 milyon manat vəsait nəzərdə tutulur. Eləcə də, digər sosial müavinətlərin, təqaüdlərin ödənişi üçün vəsaitlərdə artım var. Şübhəsiz ki, bütün bunlar əmək haqlarının yüksəlməsinə, aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir” - deyə komitə sədrinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5315.html