Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Türk-erməni münasibətləri Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər”
29.11.11 23:34

“Bu gün Türkiyədə Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinin müzakirəsinə şərait yaradan müvafiq vəziyyət yoxdur. Ona görə də Ankara rəsmiləri sərhədlərin açılmayacağı ilə bağlı əminliklə ardıcıl bəyanatlar verirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Türkiyə tərəfi ilə bu vəziyyət ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətində hər hansı bir irəliləyişin baş verməməsi ilə bağlıdır. “Çox güman ki, türk-erməni münasibətlərinin normallaşdırılması məsələsi 2012-ci ildə Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər. Ola bilsin ki, Türkiyə bu ölkələrdə keçiriləcək prezident seçkilərindən sonra yenidən məsələyə qayıtsın. Hər halda, Türkiyə və Ermənistanın yaxın vaxtlarda protokolların müddəaları ilə bağlı müzakirələrə başlayacağı gözlənilmir”,-deyə F.Mustafa vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5314.html