Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bələdiyyələrə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb
30.11.11 02:34

Bu gün Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, təşviqat yalnız qeydə alınan namizədlər tərəfindən aparılıb. Seçki qanunvericiliyinə uyğun olaraq, noyabrın 7-si saat 08.00-da başlayan təşviqat kampaniyası 21 gün davam edib və bu səhər saat 08.00-da yekunlaşıb. Qeyd edək ki, noyabrın 30-na təyin olunan seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir. Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
URL / WWW
http://kelam.az/article/a-5313.html