Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər Ermənistan-Azərbaycan sərhədini keçiblər
30.11.11 02:33

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın Qazax rayonu Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində keçirilən monitorinqi ATƏT-in Minsk Qrupunun həmsədrləri də izləyirlər. Dünən Ermənistana səfər etmiş vasitəçilər monitorinq zamanı Azərbaycan sərhədini keçiblər. Monitorinq başa çatdıqdan sonra həmsədrlər Bakıya gələrək Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirirlər.
URL / WWW
http://kelam.az/article/a-5312.html