Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi 2009-cu ilin yekunlarını təqdim etdi
30.12.09 06:58

Bu gün Təhsil Nazirliyində 2009-cu ilin yekunlarına dair tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabatı təqdim edən təhsil naziri Misir Mərdanov öncə prezident İlham Əliyev tərəfindən təhsillə bağlı imzalanan sərəncamları xatırlatdı. M.Mərdanov cari ilin yekunları ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilir ki, Azərbaycanda bu il 312 nəfər fəxri adlarla mükafatlandırılıb. 11 gəncin adı gənc istedadların qızıl kitabına daxil olub. İlin ən vacib hadisələrindən biri də “Təhsil haqqında” Qanunun qəbuludur. Qanunun icra mexanizmləri ilə əlaqədar nazirlik tərəfindən işçi qrupu yaradılıb və 35 adda sənəd imzalanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. Bu il təhsilə 1,3 mlrd. manat vəsait ayrılıb. Son beş ildə 450 minlik 2000 məktəb tikilərək şagirdlərin istifadəsinə verilib. Son iki ildə 28 uşaq bağçası inşa edilib, 30-u isə təmir olunub. Bu illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə 300-dək, o cümlədən cari il 6 məktəb istifadəyə verilib. İkipilləli məktəblərin faizi 73-dən 49-a enib. Təhsilin informasiyalaşdırılması diqqət mərkəzində olub. Cari il 500 məktəb geniş zolaqlı internetə qoşulub və bu iş gələcəkdə də davam etdiriləcək. Bu il şagirdlərə 100 noutbuk verilib və bu, növbəti il 4 minə çatdırılacaq. İKT-nin təhsildə tətbiqi üçün 20 mindən artıq müəllim treninqdən keçib. “Xalq kompüteri” layihəsi davam etdirilib. Bu günə qədər 5 min müəllim bu layihədən yararlanıb. Təhsilin kadrlarla təmini də davam etdirilib. İndiyə qədər müvafiq proqrama əsasən 6179 müəllim yerlərə göndərilib. Məktəblərin dərsliklərlə təminatı məsələsi də diqqət mərkəzində olub. 2009-2010-cu tədris ilində 87 adda 4256600 nüsxə kitab və müəllimlər üçün metodiki vəsait verilib. Olimpiadalarda 1 qızıl, 5 gümüş və 5 bürünc medal qazanılıb. Azərbaycanda keçirilən beynəlxalq olimpiadaya 12 şagird qatılıb və onların 9-u mükafatçılar sırasında olub. Nazirliyin qaynar xəttinə bu il 585 müraciət daxil olub. Xarici dillərin intensiv tədrisinə də xüsusi diqqət yetirilib və bu davam etdiriləcək. Gələcəkdə texniki peşə təhsili ilə bağlı bir sıra layihələr həyata keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-531.html