Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq konfransda iştirak edib
29.11.11 02:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın Sektor müdiri Nigar Hüseynova BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə 24-25 noyabr tarixlərində Bratislava şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən beynəlxalq konfransda iştirak ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub. Təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyatı qurum kimi məhz TQDK-nı dəvət ediblər. 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş “Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?” adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilib.
URL / WWW
http://kelam.az/article/a-5308.html