Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rəbiyyət Aslanova: “İcmaların görüşləri münaqişənin həlli istiqamətində böyük əhəmiyyət daşıyır”
29.11.11 02:03

“Konkret faktdır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və burada olan erməni icmasının üzvləri Azərbaycan vətəndaşlarıdır. Ona görə də buradan olan azərbaycanlı və erməni icmalarının görüşləri münaqişənin həlli istiqamətində böyük əhəmiyyət daşıyır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O, qeyd edib ki, sülh əldə olunduqdan sonra, bu iki icmanın bir yerdə yaşaması, insanların birgə fəaliyyəti danılmazdır. “Bu baxımdan iki icma arasında münasibətlərin qurulması, erməni icması üzvlərinə Azərbaycanın sülh əldə etdikdən sonra Dağlıq Qarabağ ərazisində görəcəyi işlərlə bağlı məlumatlandırılması və Azərbaycanın bu sahədə gələcək planlarının açıqlanması baxımından çox böyük imkanlar yaradacaq”,-deyə R.Aslanova vurğulayıb. Komitə sədri deyib ki, belə görüşlərin çox böyük əhəmiyyət daşımasına inanır. “Bu gün Qarabağın erməni icması əsl həqiqəti bilməlidir. Belə görüşlərdə çox həqiqətlər üzə çıxacaq. İcmaların bu kimi görüşləri gələcəkdə mütəmadi olmalıdır. Azərbaycan və erməni icmaları ümumi sülhün əldə olunması üçün mövqelərini birdəfəlik ortaya qoymalıdırlar”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5306.html