Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doktoranturaya qəbulla bağlı keçirilən imtahanlar başa çatıb
28.11.11 19:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar başa çatıb. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib. İlkin nəticələrin indidən elan edilməsinin hələlik tez olduğunu diqqətə çatdıran S.Abbasoğlu deyib ki, ümumi nəticələrin dekabrın ortalarında məlum olacağı gözlənilir. S.Abbasoğlu deyib ki, imtahanların nəticələrinə elmi şuralarda baxılır. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-5304.html