Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MM “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməni qəbul etdi
30.12.09 05:58

Bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin Regionla məsələlər komitəsinin sədri Arif Rəhimzadə sənəd barədə məlumat verərək bildirdi ki, Əsasnamə “Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun olaraq ölkəmizdə bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi qaydasını müəyyən edəcək. Bu günə kimi Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılmadığını diqqətə çatdıran A.Rəhimzadə sözügedən Əsasnamənin qəbulundan sonra ölkəmizdə mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılan, birləşmiş, yaxud ayrılmış bələdiyyələrin dövlət reyestrinə daxil ediləcəyini, onlara şəhadətnamə veriləcəyini söylədi. O, layihədə bu işin aparılmasının Milli Məclis Aparatının müvafiq struktur bölməsinə həvalə olunmasının nəzərdə tutulduğunu deputatların nəzərinə çatdırdı. “Əsasnamədə göstərilən mühüm məsələlərdən biri də odur ki, dövlət reyestrinə daxil edilmiş, habelə dövlət reyestri məlumatlarında qeydlər aparılmış bələdiyyələr barədə məlumatlar Milli Məclisin internet saytına da yerləşdiriləcək, vətəndaşlar istədikləri bələdiyyə barəsində buradan məlumat ala biləcəklər”,-deyə A.Rəhimzadə vurğuladı. Deputat Fazil Mustafa çıxış edərək qeyd etdi ki, bələdiyyələrə şəhadətnamələrin verilməsi mezxanizmi Milli Məclis üçün problemlər yaradacaq. Digər millət vəkilləri Əli Məsimli, Pənah Hüseyn və digərləri çıxış edərək sənədlə bağlı təkliflərini irəli sürdülər. İclasda həmçinin “Vergi orqanlarının 10 illik yubiley medalının təsis edilməsi” haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, qanun layihəsi Milli Məclisə Azərbaycan prezidenti tərəfindən təqdim olunub. “Yubiley medalı “Vergilər Nazirliyinin yubiley medalı” adlandırılacaq və I dərəcəli, II dərəcəli, III dərəcəli medallardan ibarət olacaq”,-deyə Ə.Hüseynov əlavə etdi. Qanun layihəsi müzakirələrdən sonra qəbul olundu.
URL / WWW
http://kelam.az/article/a-530.html