Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “MİRAS” II Qara dəniz Turizm və Səyahət Sərgisinə qatılıb
25.11.11 19:18

Türkiyənin Trabzon şəhərində II Qara dəniz Turizm və Səyahət Sərgisi açılıb. “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizi nativ turizm, xüsusilə arxeoloji turizmin təbliği sahəsində geniş fəaliyyət göstərən “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edir. Türkiyə, Azərbaycan, Gürcüstan, İran və başqa ölkələrdən 100-dən çox firma və agentliyin qatıldığı sərginin açılışında Ordu Valisi Orhan Düzgün, Trabzon Vali Yardımçısı Hahmut Halal, Trabzon Bələdiyyə Başkan Yardımçısı Hüseyin Turan, Trabzon Ticarət və Sənaye Odası Başkanı M.Suat Hacısalihoğlu, İranın Trabzon Baş konsulu Ali Nikan, Trabzon İl Kültür və Turizm müdiri İsmayıl Kansız və digər dövlət rəsmiləri iştirak ediblər. Qeyd edək ki, “MİRAS” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sərgiyə qatılıb və Azərbaycanın turizm potensialını əks etdirən kitab, broşür, xəritə, film nümayiş etdirir. “Ağsu möcüzəsi” sərgisinin materialları sərgi iştirakçılarında maraq doğurub. Xatırladaq ki, Trabzon Dünya Ticarət Mərkəzində açılan sərgi 27 noyabr tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-5295.html