Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir
25.11.11 20:18

Cari ilin 9 ayı ərzində keçirilən reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sututarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı ümumilikdə 201 akt və protokol tərtib olunub və brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Qanun pozucuları inzibati qaydada 117945 manat məbləğində cərimə olunub, bundan 27320 manatın ödənilməsi təmin edilib. Cərimələrin qalan hissəsinin ödənilməsi üçün işlər aidiyyəti üzrə Məhkəmə İcraçılarına və məhkəmələrə göndərilib, 26 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq sənədlər rayon Polis şöbələrinə təqdim edilib. Bundan əlavə, qanunsuz balıq ovu ilə əlaqədar daha 13 fakt aşkar edilərək, təbiətə 5610 manat dəyərində ziyan dəydiyi hesablanıb. İş üzrə materiallar cinayət tərkibi olması səbəbindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib və 11 işə müvafiq qaydada baxılaraq təbiətə dəymiş 4505 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş, eləcə də bazarlarda, ictimai-iaşə obyektlərində və yol kənarlarında qeyri-qanuni satılan çöl quşları yığılaraq yandırılıb. Hazırda respublika ərazisində reydlər davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-5294.html